Putin ən böyük oyununu Aİ sanksiyalarına qarşı oynadı və dünən Avropada qazı tamamilə kəsdi.
Medianews.az xəbər verir ki, Rusiyanın bu addımından sonra Aİ-dən təhdid kimi açıqlama gəlib.
Avropa İttifaqının İqtisadiyyat üzrə komissarı Paolo Gentiloni deyib: “Biz Putinin qərarlarından qorxmuruq. Onları müqavilələrinə sadiq qalmağa çağırırıq. Amma bunu etməsələr, hərəkətə keçməyə hazırıq”.
Avropa İttifaqı (Aİ) Rusiyanın enerji nəhəngi “Qazprom”un “Şimal axını 1” vasitəsilə Avropaya qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdığı barədə açıqlamasına reaksiya verib. Aİ-nin İqtisadiyyat üzrə komissarı Paolo Gentiloni Moskvanı əldə olunmuş razılaşmalara hörmət etməyə çağırıb.
Rusiyanın enerji şirkəti “Qazprom” şənbə günü Ukrayna üzərindən xətt vasitəsilə Avropaya 42,7 milyon kubmetr təbii qaz göndərəcəyini bildirib. Cümə günü göndərilən 41,3 milyon kubmetr qazla müqayisədə Sudhza giriş məntəqəsindən axın artsa da, bu məbləğ “Şimal axını 1” vasitəsilə kəsilən qazın həcmini kompensasiya etmək üçün kifayət etmir.
Avqustun 31-dən sentyabrın 2-dək kompressor qurğusunda aparılan təmir səbəbi ilə Rusiya qazını Almaniyaya daşıyan “Şimal axını 1” xətti ilə təbii qaz axınını dayandıran Rusiyanın enerji nəhəngi cümə günü xəttin bir müddətə bağlı qalacağını açıqlamışdı. Şirkət buna səbəb kimi Sankt-Peterburq yaxınlığındakı Portovaya kompressor stansiyasında aşkar edilmiş sızma faktını göstərib.
Medianews.az