Böyük marağa səbəb olan konsert silsiləsinə başlayan İzel-Çelik-Ercan qrupunun Fethiye konsertində xoşagəlməz hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, konsertin bitməsinə 10 dəqiqə qalmış səhnədə huşunu itirən İzel Çeliközün köməyinə Çelik Erişçi və Ercan Saatçı gəlib.
Qeyd edək ki, 90-cı illərdə “Özünürdüm”, “Özledim”, “İşte Yeniden” ve “Dönmelisin” kimi mahnılarla iz buraxan İzel-Çelik-Ercan 31 ildən sonra yenidən bir araya gəlib.
Avqustun 25-də Kuruçeşme Açıq Havada ilk konsertini verən musiqi qrupu dünən axşam Muğlanın Fethiye rayonunda pərəstişkarlarının qarşısına çıxıb. İzelin konsert zamanı huşunu itirməsi pərəstişkarlarını qorxudub. Həmin anlar İzel-Çelik-Ercanı dinləməyə gələn tamaşaçılar tərəfindən lentə alınıb. Səhnə arxasına aparılan 53 yaşlı sənətçiyə həkimlər dərhal müdaxilə edib.
İzelin Babadağ Teleferik bölgəsində verdiyi konsertdən əvvəl yemək yemədiyi üçün şəkərinin və təzyiqinin aşağı düşdüyü, yüksək hündürlükdə oksigenin təsirindən huşunu itirdiyi öyrənilib.
Medianews.az