Son zamanlar Türkiyə ilə İsrail arasında normallaşma səyləri davam edərkən, İsrail sahillərində çəkilmiş bir fotoşəkil ölkənin bir nömrəli gündəminə çevrilib.
Medianews.az xəbər verir ki, Türkiyənin F-247 TCG Kemalreis döyüş gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Forrest Sherman ilə birlikdə Hayfa limanında lövbər salaraq “10 ildə İsrail limanlarında lövbər salan ilk türk hərbi gəmisi” olub.
“Mavi Mərmərə”dən sonra münasibətlərin qırılma nöqtəsinə gəldiyi Ankara ilə Təl-Əviv arasında qısa müddət əvvəl başlayan normallaşma səyləri davam edərkən, İsrailin Hayfa limanında lövbər salan türk hərbi gəmisi ölkə gündəmində bomba effekti yaradıb.
“TCG Kemalreisin” NATO təlimi çərçivəsində bölgədə olduğu bildirilərkən, İsrail mediası bu məsələyə geniş yer verib.
İsrail mərkəzli i24 TV-yə danışan İsrail rəsmiləri İsrailin NATO ilə əməkdaşlıq etdiyini və NATO-ya dəstək verdiyini bildirib. Eyni zamanda rəsmilər Türk hərbi gəmisinin bir neçə gün limanda qalacağını bildirib.
Medianews.az