“Qadın haqları və Gender Bərabərliyi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “”Başlanğıcdan bu günə!” – Azərbaycan, Türk-islam tarixi və mədəniyyətinin öyrənilməsi” adlı layihənin icrasına başlayır.
Medianews.az xəbər verir ki, layihənin icra müddəti 2 ay olmaq şərti ilə əsasən Bakıda keçirilməsi nəzərdə tutulub.
Layihə Azərbaycan, Türk-islam tarixi və mədəniyyəti haqqında qısa filmlər çəkilməsi məqsədi daşıyır. “Başlanğıcdan bu günə!” – Azərbaycan, Türk-islam tarixi və mədəniyyətinin öyrənilməsi” layihəsini həyata keçirməklə Azərbaycan və beynəlxalq ictimaiyyətinin maariflənməsi, doğru tarixi öyrənməsi ilə xüsusən gənc nəslin milli-mənəvi dəyərlərinin inkişafına təkan verəcəkdir.
Medianews.az