“Bu gün artıq Qarabağda ənənəvi təbriklər, bayram atəşfəşanlığı və milli sevinc günü deyil”. Bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan separatçıların qondarma bayramı barədə yazıb.
“Bu gün artıq illər əvvəl olduğu kimi, Qarabağda ənənəvi təbriklər, bayram atəşfəşanlığı və ümumxalq sevinci günü deyil. Müstəqillik təhlükə altında olduğundan, Qarabağ kürəyindən ağır bir xain zərbə aldı və torpaqlarımızın əhəmiyyətli bir hissəsi, üç onillik ərzində dünya ermənilərinin səyləri ilə əziz tutulan, azad və layiqli yaşayan, inkişaf edən “respublika” düşmənə təslim oldu.
Ermənistanda və Qareabağda isə bütün xalq adından qərarlar qəbul edilir, danışıqlar aparılır . Ölkəni yalançı sülhsevərlər təmsil edir və onlar evin qapılarını geniş miqyasda təbəssümlə düşmənin üzünə açırlar. Qarabağ və bir vaxtlar onun təhlükəsizliyinin təminatçısı olan Ermənistan üçün təhlükələr günü-gündən daha çox narahatedici ölçülərə çatacaq.
Yalnız dövləti, milləti məhv edən idarəçilərin tez bir zamanda uzaqlaşdırılması ölkəni bu fəlakətli vəziyyətdən çıxarmağa, layiqli danışıqlar aparmağa, tərəfdaşlarla əlaqələr qurmağa imkan verə bilər. Bu sadə həqiqəti dərk etməmək həm Qarabağ, həm də Ermənistan üçün fəlakətli ola bilər.
Bunu dərk edən mən, siyasi komandamız, həmfikirlərimiz, tərəfdarlarımız xarici və daxili düşmənlərə qarşı mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq.
Müstəqillik gününü yenidən qeyd etmək üçün hər kəs ilk növbədə özündə biganəliyi, qorxunu, məyusluğu öldürməli, öz gücünə inanmalı və bir daha bir yumruq kimi müstəqil və azad yaşamaq hüququmuzun ağası olmalıyıq”, – deyə Sarkisyan cəfəng fikirlərini bitirib.
Mənbə (konkret.az)