Döyüş qrupunun Bolqarıstanda yerləşdirilməsi oktyabrın ortalarına kimi başa çatacaq və 1500 nəfərdən ibarət olacaq.
Medianews.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın milli televiziyasına
ölkənin texniki hökumətinin müdafiə naziri Dimitar Stoyanov bildirib.
“NATO-nun Bolqarıstanda döyüş qrupu tam formalaşmayıb. Lakin gözləntimiz budur ki, qrup oktyabrın ortalarına tam formalaşacaq. Problem şəxsi heyətlə bağlı deyil, tərəfdaşlarla bəzi sənədlər imzalanmalıdır” – deyə nazir bildirib.
“Bolqarıstan ordusu 30 ildir ki, xroniki olaraq maliyyələşdirilməyib. Bununla belə, 2023-cü ildə müdafiə xərcləri ÜDM-in 2 %-nə çatacaq, biz gəmi əleyhinə raketlər almağı planlaşdırırıq”, – müdafiə naziri deyib.