Bazar ertəsi, 30 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Müharibə bitsə də…

XƏYALƏ
02/09/2022 16:25
774
BAXIŞ
FacebookTwitterTelegram

20 noyabr 2020-ci il bəyannaməsinə əsasən, ermənilər Azərbaycan ərazisini tərk etdikdən sonra da öz işğalçı, separatçı siyasətlərini davam etdirirlər. Son günlərdə də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ordumuzun mövqeləri intensiv atəşə tutulur.

Bəs görəsən 30 ildən çoxdur ki, üzləşdiyimiz bu xislət nə zamana qədər davam edəcək? İmzalanan müqavilələr, bəyənnamələrə niyə əməl olunmur? Belə davam edərsə erməniləri nələr gözləyə bilər?

Bununla bağlı politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında bildirib ki, tərəflər arasında bir neçə dəfə görüşlərin keçirilməsinə baxmayaraq, hələ də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sənəd, sülh sazişi imzalanmayıb, kommunikasiya xətləri açılmayıb.

“Ermənistanın baş naziri bir tərəfdən deyir ki, sülh sazişinin imzalanmasına az qalıb, digər tərəfdən bu cür təxribatlara əl atırlar. Belə vəziyyətdə sülh sazişinin imzalanması da çətin olur. Zənnimcə, vəziyyət bu qayda ilə davam edərsə, Brüsseldə olan şifahi danışıqlar da heç bir nəticə verməyəcək. Ermənistanın daxili və xarici işlər nazirləri bir çox ölkələrdə görüşlər keçirir, müxtəlif yerlərdən məsləhətlər alırlar, eyni zamanda, Rusiyadan xahiş edirlər ki, Azərbaycanı durdursun”, – politoloq qeyd edib.

Onun sözlərinə görə, hazırda bizi ciddi narahat edən iki məsələ var. Biri Ermənistanla olan münaqişədir, digəri sülh sazişi, kommersiya xətləri, sərhədlərin müəyyənləşməsi ilə bağlı məsələdir: “Müharibə bitib, biz öz mövqelərimizdə möhkəmlənmişik, yenə də xəbərlər gəlir ki, atəşkəs pozulur, Ermənistan öz işğalçı niyyətindən əl çəkmək istəmir. Qarabağda baş verən məsələlərin Ermənistanla heç bir əlaqəsi yoxdur. Artıq Qarabağda baş verənlər bizim daxili işlərimizdir. Bunu nə Minsk qurupu, nə də ATƏT-lə müzakirə etmirik.”

 

Millət vəkili Aydın Hüseynov isə bildirdi ki, son günlər ermənilər sərhəddə təxribat törədir və təxribatın səbəblərindən biri də ermənistanın daxilindəki çaxnaşmalardır ki, onlar bu təxribatlarla daxili auditoriyanın fikrini yayındırmağa çalışır:

“Erməni müxalifəti Nikol Paşinyana qarşı çağırışlar edir, istehva verməsini, hakimiyyətdən getməsini tələb edirlər. Digər tərəfdən Brüssel görüşlərindən də gördüyümüz kimi, artıq Ermənistanın bütün iddialarına son qoyulub. Onlar ümid edirdilər ki, Qarabağda yaşayan ermənilərlə bağlı hər hansı bir status məsələsi müzakirə obyekti ola bilər, lakin bu baş tutmadı. Ermənilər diqqəti cəlb etmək, beynəlxalq qüvvələri bura yönəltmək üçün Azərbaycan sərhədlərini atəşə tutur. Bununla belə, onlar da görür ki, Azərbaycan dövlətinin bu gün apardığı siyasət düzgündür. Dövlətimiz öz ərazi bütövlüyünü qoruyur və qoruyacaq. Azərbaycan ordusu həmçinin dövləti öz suveren hüquqlarını yüksək şəkildə qorunması istiqamətində bütün tədbirləri həyata keçirir. Əgər ermənilər bu kimi təxribatlara son qoymasa, əlbəttə, Azərbaycan ordusu öz gücünü göstərmək məcburiyyətindədir. Bizim başqa çıxış yolumuz yoxdur. Dövlətimizin xarici siyasəti, bütövlükdə dünyada apardığı siyasət bununla səciyyələnir ki, Azərbaycanın başqa bir dövlətə ərazi iddiası yoxdur. Özünün beynəlxalq hüquq tərəfindən tanınan sərhədləri çərçivəsində süveren hüquqlarını, milli və dövlətçilik maraqlarını qorumağa qadirdir. Ermənistanın bu təxribatının qarşısının alınması Azərbaycan silahlı qüvvələrinin birmənalı hüququdur. Ali baş komandanın ifadəsi, Azərbaycan cəmiyyətində formalaşan gözəl fikir var: “Dəmir yumruq hər zaman yerindədir”.

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

 

Ayşən Azadova
Medianews.az

 

 

 

DAHA ÇOX OXU

Flash

Azərbaycan-İran əlaqələri necə olacaq? – VİDEO

30/01/2023 01:11
export

Akar: “Azərbaycan başda olmaqla, dünyada sülhə töhfə verməyə davam edirik”

29/01/2023 19:25
1-MANŞET

Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib – FOTOLAR

29/01/2023 17:55
1-MANŞET

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33
Siyasət

Misir Prezidenti AZƏRBAYCANDA – Rəsmi qarşılanma mərasimi

28/01/2023 11:04
Siyasət

Lavrov Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumla bağlı başsağlığı verib

28/01/2023 00:42
SON XƏBƏR

Məşhur klubdan Qurban Qurbanova TƏKLİF

Sarkisyan: "Bu gün artıq Qarabağda ənənəvi təbriklər, bayram atəşfəşanlığı və milli sevinc günü deyil"

Zelenski dağıdılan məktəbin şagirdləri ilə görüşüb

Xəbər lenti

Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə – FOTO

30/01/2023 17:34

Kliniki ölüm keçirən qadının həyata qayıtdıqdan sonra dedikləri GÜNDƏM OLDU

30/01/2023 17:27

Həvəskarlar liqasının oyununda azarkeşlər futbolçulara hücum çəkdi – VİDEO

30/01/2023 17:24

“Bayraktar, əfsanəvi qanadlar” sənədli filmi yayımlandı – VİDEO

30/01/2023 17:17

Şagird müəllimini döyərək dizini sındırdı – ANBAAN VİDEO

30/01/2023 16:57

Sənədsiz evlərin sənədli sakinləri

30/01/2023 16:41

Kim Çen In haqqında ən qəribə iddialar! Bir-bir seçir, tam aludəçidir…

30/01/2023 16:37

Aptekdən dərman aldılar, əvəzinə saxta pul verdilər – ANBAAN VİDEO

30/01/2023 16:36

Dəhşətli qəzada ölən gənc qızın son paylaşımı hər kəsi kövrəltdi – FOTOLAR

30/01/2023 16:25

 İstanbulda rahat yaşamaq üçün nə qədər pul lazımdır?

30/01/2023 16:16

“İranda 40 milyona yaxın azərbaycanlı fars rejiminin əlində əsirdir”

30/01/2023 16:15

Xatirə İslamın ad günündən maraqlı anlar – VİDEO

30/01/2023 16:12

Barışmağa razı olmayan arvadını küçənin ortasında belə güllələdi – ANBAAN VİDEO

30/01/2023 16:06

Hadisədən azərbaycanlı ifaçı ilə bağlı paylaşım – VİDEO

30/01/2023 15:56

500 manat sosial müavinət almaq üçün lazım olan SƏNƏDLƏR – SİYAHI

30/01/2023 15:54

“Köpək kimi çalışan, şahzadə kimi yaşayan qadınam mən”- Azərbaycanlı aktrisa

30/01/2023 15:27

Qəbələdə parçalanmış meyiti tapılan şəxs iş adamı imiş (VİDEO)

30/01/2023 15:04

Bu şəhərdə bikini və çimərlik geyimindən istifadə qadağan edildi 

30/01/2023 14:39

Məciddə terror aktında ölən və yaralananlar var – SON DƏQİQƏ!

30/01/2023 14:27

Bakıda bıçaqlı şəxslər jurnalistin oğlunu döydü

30/01/2023 14:22

Qoy, “Dəli kimi” sevsin onu hamı…

30/01/2023 14:06

Azərbaycanda vəzifəli şəxs işdən ÇIXARILDI

30/01/2023 13:55

Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq – YENİ TƏLƏB

30/01/2023 13:50

Putin İngiltərənin baş nazirini ölümlə HƏDƏLƏDİ

30/01/2023 13:42

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.