Cümə, 3 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Demək ki, səndə problem var, sən iki üzlüsən, sənin bir siman, bir əqidən varsa…”-FOTO

XƏYALƏ
01/09/2022 11:53
184
BAXIŞ
FacebookTwitterTelegram
“İyul ayında ailəmlə birlikdə Görədildə istirahət etdim. 1 aylıq məzuniyyət götürmüşdük. Amma mən dincəlməmişəm (gülür). Çünki həm iyul, həm də avqust ayında yeni mahnılar təqdim etdim. Sentyabr ayının mahnısını da hazır edib qoymuşam, inşallah ayın 15-də onu da təqdim edəcəyəm. İş mənim üçün hər zamankı kimi  bir addım öndədir. Bundan əlavə El Yaradıcılıq Mərkəzinin üzvləri-Firuzə, Orxan, İmran, Firdovsi üçün kliplər çəkmişəm. Artıq özümü bir klipmeyker kimi də sınamağa başlamışam. Klipdə əsas məsələ rejissor işi və ideya müəllifi kimi çıxış etməyimdir. Bir zamanlar klip çəkən klipmeykerlər artıq film çəkirlər. Belə başa düşürəm ki, məndə də elə olacaq (gülür)”

 

Bunu Moderator.az-a tanınmış və sevilən müğənni Elnarə Xəlilova deyib.
Müğənni daha sonra onun gördüyü işləri kiçiltmək istəyən bəzi media nümayəndələri haqda fikirlərini bildirib.
“Ev, ailə, uşaq bu kimi qayğılar hamıda var. Kim yağın-balın içində yaşayır ki? Amma mən çalışıram ki, bu qayğıları işimə yansıtmayım. Bilirəm ki, bu məndə yaxşı alınır. Bəzən məlumatsız media işçilərinin sosial şəbəkədə yazdığı statusları görürəm. Yazırlar ki, “Heyif o Elnarədən”. Bu sözü adi, ümumiyyətlə işin içində olmayan insanlar yazanda mənə qətiyyən təsir etmir. Amma jurnalist bunu belə yazanda mənə çox pis təsir edir. Bir jurnalist araşdırması olmalıdır. Sən əgər Elnarəni izləyirsənsə, yaradıcılığını, mahnılarını bəyənirsənsə ən azından bir yutub kanalına abunə ol, bax gör ayda neçə dəfə mahnı təqdim edir, neçə aydan bir klip çıxarır? Ən azından instaqram səhifəsini izlə! Bəzən adi insanlar mənim haqda jurnalistlərimizdən daha çox məlumata sahib olurlar. Təbii ki, bu sözüm bütün jurnalistlərə aid deyil. Hər şey göz qabağındadır. Mənim yaradıcılığımı araşdırmağa sizə axı nə mane olur? Mahnılarımı cibimdə gizlətməmişəm ki. Hal-hazırda biləvasitə bu işin içində olduğum üçün bəzən sevmədiyim bir mahnını belə dinləyirəm, özümü məcbur edib bəyənmədiyim klipə belə baxıram. Mən onu analiz, təhlil etməliyəm, nəticə çıxarmalıyam ki, burada nəyi düzgün edib, nəyi etməyiblər? Çünki mən ifaçılar yetişdirirəm, onlara hər şeyi, nəyin doğru, nəyin yalnış olduğunu izah etməliyəm. Sadaladığım məsələlər kliplərə də aiddir. Bu günki gündə o qədər bərbad kliplər çəkilir ki. Adi bir misal çəkəcəm. Qənd qənd qabının, su su qabının içində olmalıdır, bunu hamı gözəl bilir. Bəzən başa düşmürsən ki, niyə onlar bir-birindən ayrı düşüblər. Əksər hallarda kliplərin məzmun və forması qətiyyən uyğun gəlmir. Onların hamısı yamaq kimi görünür. O ki, qaldı mənim özümü bir ifaçı kimi bəyənib bəyənməməyə, əlbəttə ki, bu zövq məsələsidir. Bu günki gündə mənim musiqilərimi, mənim yaradıcılığımı bəyənənlər və bəyənməyənlər də var. Bu belə də olmalıdır. Mən 100 manatlıq əskinas deyiləm ki, hamının xoşuna gəlim. Hamının birmənalı olaraq xoşuna gəlirsənsə demək ki, səndə problem var, sən iki üzlüsən! Sənin bir siman, bir əqidən varsa, sən sən ağılda, sən zövqdə olan insanların xoşuna gələcəksən, digərlərinin isə yox. Necə ki, bizim də bəyəndiyimiz və bəyənmədiyimiz ifaçılar var. Bu mənada əgər kimsə, ələxsus da jurnalist çıxıb yazsa ki, “mən Elnarənin son 9 ayda çıxardığı 9 mahnının heç birini bəyənmirəm” desə, mən yenə də ona sual verərəm ki, izah et, fikrini əsaslandır. Sən niyə mənim 9 mahnımı bəyənmirsən? Hərhalda bunu tələb etməyə haqqım var. Və yaxud da deyə bilər ki, “9 mahnıdan 3-nü bəyənirəm, 6-nı bəyənmirəm”. Onu da başa düşərəm, zövq məsələsidir. Və yaxud da desə ki, “bu qızın gördüyü bütün işləri bəyənirəm” bunu da başa düşə bilərəm. Normaldır. İnsanlar mənə küçədə belə yaxınlaşıb deyirlər ki, “əla, gözəl, sükanı belə saxlayın, çox bəyənirik, sevilirsiniz, hər şey gözəldir, səmimisiz”. Bu artıq münasibətdir. Bir də var ki, sən olanı deməyəsən. Mənim bir mahnım ortalama 3 min, 3500 azn-ə başa gəlir. Mahnını çöldən tapmıram ki. Aya bir mahnını ilə vuranda 36 min manat pul edir. 36 min manat az puldur? Yaradıcılığıma pul xərcləyən adamam. Normal çəkdiyim klip mənə 5-6 min manata başa gəlir. Bu pullar çöldən tapılmır, göydən düşmür. Bu pulları yaradıcılığıma xərcləməsəm məni yandırmaz, deyərəm ki, düz deyirlər. Əslində isə elə deyil, məni də “yandıran” budur deyə müğənni bildirib.
Məşhur daha sonra bildirib ki, özü də uzun illər televiziyada çalışdığı üçün jurnalist və televiziya adamlarını hər zaman başa düşür.
“Mən 2004-cü ildən televiziyada çalışıram. İlk aparıcılıq etdiyim “10-lar” verilişi olub.  İl yarım mən orada veriliş hazırlamışam, pavilyon çəkilişləri etmişəm, müğənnilərdən müsahibələr götürmüşəm. Bir sözlə bir adam öz verilişində nə etməlidirsə hamısını, artıqlaması ilə etmişəm. Digər həmkarlarımdan başlıca fərqim həm də sizlərlə- jurnalistlərlə, televiziya işçiləri ilə eyni məslək yoldaşı sayılmağımdır. Dəfələrlə radiolarda da çalışmışam. Ona görə də mən bu işə dərindən bələdəm. Bəzən elə hadisə baş verir ki, çağırdığın qonaq kənarda qalır, sən nə olursa-olsun efiri xilas etməlisən. Həmkarlarım yalnız mahnı oxuduqları üçün bəzən bu detalları bilmirlər. Onları da qınamaq olmaz. Mən isə bu işə dərindən bələdəm” deyə Elnarə Xəlilova bildirib.

DAHA ÇOX OXU

Magazin

Türkiyəli aparıcı da saxlanıldı

03/02/2023 07:07
export

“Arvadım mənim yerimə “söhbətə getmək” istədi” – VİDEO

02/02/2023 20:17
export

Roza prodüserin ağız və burnunu əzdi: “Həyasız insanam…” – VİDEO

02/02/2023 15:09
export

Məşhur meyxanaçının səhhətində problem yarandı

02/02/2023 14:28
export

İtə meyxana deyən Ağamirzə: “Kaş itdə olan vəfa mənim dostlarımın 50 faizində olaydı”

02/02/2023 14:09
export

Demet azərbaycanlılarla belə əyləndi – VİDEO, FOTO

02/02/2023 14:07
SON XƏBƏR

Anar Eyvazov: "Qısa müddətdə Laçın şəhəri, Zabux və Susdakı hərbçilərin məişət şəraiti yüksək səviyyəyə çatdırılacaq"

"Haqqımda yayılan xəbər yanlışdır"- Vüsalə Kərimova

*** Local Caption *** Àðìåíèÿ. Åðåâàí. Ïðåìüåð-ìèíèñòð Àðìåíèè Íèêîë Ïàøèíÿí âî âðåìÿ ýêñêëþçèâíîãî èíòåðâüþ èíôîðìàöèîííîìó àãåíòñòâó ÒÀÑÑ. Àëåêñàíäð Ðþìèí/ÒÀÑÑ

Nikol Paşinyan hökumətin iclasında Brüsseldəki üçtərəfli görüşdən danışıb

Xəbər lenti

Türkiyəli aparıcı da saxlanıldı

03/02/2023 07:07

İran dövlət televiziyası: “Zəlzələdən zərər çəkənlər dövlətdən kömək gözləməməlidirlər” – VİDEO

03/02/2023 06:47

Naxçıvanda müəllimlərlə direktor arasında qalmaqal: Nazirlik məsələyə qarışdı – VİDEO

03/02/2023 06:20

Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? – VİDEO

03/02/2023 06:03

İbrahim Kalın: “ABŞ Türkiyəyə F-16 satmaqdan imtina edərsə, uduzan tərəf olacaq”

03/02/2023 05:42

Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb

03/02/2023 04:41

Uşaqlara palçıqla oynamaq niyə faydalıdır?

02/02/2023 22:17

“NKVD”-nin erməni cəlladlarının Sultan bəyə zülmü: bəraət və yeni sənədlər

02/02/2023 21:51

Mütəxəssisdən xəbərdarlıq: “Bu qidalara diqqət yetirin!”

02/02/2023 21:21

“Rusiya qələbəsinə arxayındır” -Putindən AÇIQLAMA

02/02/2023 20:47

Bakıda avtoritetə qarşı xüsusi əməliyyat keçirilib – VİDEO

02/02/2023 20:19

“Arvadım mənim yerimə “söhbətə getmək” istədi” – VİDEO

02/02/2023 20:17

İdman TV məşhur çempionatın oyunlarını yenidən yayımlayacaq

02/02/2023 20:14

SEPAH dul qadınlardan beynəlxalq narkotik ticarətində istifadə edir – VİDEO

02/02/2023 20:11

77 yaşlı Adəm baba: “Buz yağsa belə, üzərəm”

02/02/2023 20:09

Bərdədə ağır qəza – 3 nəfər öldü

02/02/2023 19:27

Suyun mövcudluğu 10 ildə 70 milyard kubmetr azalıb: Çox ciddi “quraqlıq” riski

02/02/2023 19:26

“Avroviziya 2023”də Azərbaycanı təmsil edəcək beş namizəd ifaçı AÇIQLANDI

02/02/2023 19:03

10 milyon insanın ölümünə səbəb olan xəstəlikdən qorunmanın yolları

02/02/2023 19:00

Rusiyada parlaq narıncı neft yatağı kəşf edilib

02/02/2023 18:33

Ukraynada daha bir azərbaycanlı həlak oldu – FOTO

02/02/2023 18:27

“Naxçıvan” Universitetinə təyin olunan yeni rektor kimdir? – FOTO

02/02/2023 18:03

“Gələcək bizim əlimizdədir” – Gənclər Günü ilə bağlı MARAQLI FİKİRLƏR

02/02/2023 17:58

Azyaşlı faciəvi şəkildə dünyasını dəyişdi – DƏHŞƏTLİ HADİSƏ

02/02/2023 17:49

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.