Medianews.az xəbər verir ki, “Böyük hücum” və “Sərkərdələrin sahə döyüşü”nün- Qələbənin 100 illiyi ölkənin hər yerində eləcə də xaricdəki nümayəndəlik ofislərində müxtəlif tədbirlərlə qeyd olunur.
30 Avqust Qələbə Günü Antalya Hava Limanında da qeyd olunub. Bayram ərəfəsində hava limanında sərnişin salonları qırmızı və ağ rəngli balonlarla bəzədilib. Terminalda opera ifaçıları bir qrupun müşayiəti ilə dövlət himnini ifa edib.
Qeyd edək ki Azərbaycanın paytaxtı Bakı şəhərində və Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən Türk Məzarlığında da 30 avqust Qələbə Gününün 100 illiyi təntənəli şəkildə qeyd edilib.