“Nüvə silahları müharibə obyekti ola bilməz”.
Bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Polşa Baş naziri Mateuş Moravietski Fransa prezidenti Emmanuel Makronla həm Rusiya-Ukrayna müharibəsini, həm də atom enerjisini müzakirə etmək üçün Parisə gəlib.
İkitərəfli görüşdən əvvəl açıqlama verən Mateuş Moravietski deyib ki, Rusiya Ukraynaya hücum edərək böyük böhrana səbəb olub: “Bu, yəqin ki, başlanğıc böhranıdır. Sözün tam mənasında iqtisadi və siyasi böhran bizim təhlükəsizlik və enerji məsələlərinə təsir edir. Bütün problemlərin öhdəsindən birlikdə gəldiyimiz bir dövrdəyik”. (Teleqraf.com)