“Cənubda 80-dən çox rus hərbçisi və düşmənin 30 texnikası məhv edilib.
Bu barədə Ukrayna ordusunun “Cənub” Əməliyyat Komandanlığının Feysbuk səhifəsi məlumat yayıb.
Qeyd olunur ki, əməliyyat zonasında vəziyyət gərgindir, düşmən taktiki səviyyədə döyüş əməliyyatlarını davam etdirir, bölmələri rotasiya etməyə çalışır.
Bildirilir ki, rus ordusu aviasiyanın köməyi ilə güc nümayiş etdirir: “Bəli, gün ərzində düşmən Ukrayna mövqelərinə hücum etsə də, uğur qazana bilməyib. Əvəzində ötən gecə artilleriya bölmələrimiz Xerson, Berislav və Kaxovski rayonlarında düşmənin 13 nəzarət məntəqəsini vurub”. (Teleqraf.com)