Medianews.az xarici mediaya istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, respublikaçıların 59 faizi Trampı 2024-cü ildə prezidentliyə namizəd kimi görmək istəyir.
Demokrat seçicilərin yalnız 44 faizi 2024-cü ildə hazırkı, prezident Co Baydenin namizədliyini irəli sürmək istədiklərini bildirib.
ABŞ-da keçirilən sorğu nəticəsində məlum olub ki, respublikaçı seçicilərin 59 faizi 2024-cü ildə keçiriləcək prezident seçkilərində keçmiş prezident Donald Trampın namizədliyini irəli sürmək istəyir. USA Today və Ipsos-un sorğusuna qatılan Respublikaçı seçicilərin 59 faizi Trampı 2024-cü ildə partiyalarının namizədi kimi görmək istədiklərini söyləsələr də, 41 faizi Trampın yerinə başqa namizəd görməyə üstünlük verəcəyini deyib.
Respublikaçı seçicilərin 82%-i Trampın namizədliyini irəli sürəcəyi təqdirdə 2024-cü il seçkilərində qalib gələcəyini düşündüyünü bildirib.
Digər tərəfdən, sorğuya qatılan Demokrat seçicilərin yalnız 44 faizi hazırkı prezident Co Baydeni 2024-cü ildə namizəd kimi görmək istədiklərini, 56 faizi isə partiyanı başqa namizədin təmsil etməsi lazım olduğunu qeyd edib.
Ayşən Azadova
Medianews.az