Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Belçikanın energetika naziri xəbərdarlıq edib ki, qazın qiymətinin aşağı salınması üçün heç bir tədbir görülməsə, Aİ ölkələri “beş-on” “dəhşətli” qışla üzləşəcək. Almaniya və Fransada elektrik enerjisinin qiyməti ötən illə müqayisədə 10 dəfə artıb. Aİ-də qazın qiymətinə məhdudiyyət qoyulması və onun elektrik enerjisinin qiymətindən ayrılması tələbləri artır.
Rusiyanın fevral ayında Ukraynaya müdaxiləsi və sanksiyalara başlamasından sonra Aİ ölkələri enerji qiymətlərində böyük artımlarla mübarizə aparır.
Lakin Almaniya qaz çənlərini gözlənildiyindən daha tez doldurduğunu deyir.
Ukraynaya dəstək verən Qərb ölkələri idxal etdikləri Rusiya qazının və neftinin həcmini azaltmağa çalışır. Ötən il qazının 40 faizini Aİ-yə tədarük edən Rusiya da öz növbəsində qaz təchizatını məhdudlaşdırıb.
ELEKTRİK ENERJİSİ QİYMƏTLƏRİ BAHALAŞIR.
Belçikanın energetika naziri Tinne Van der Straeten Tvitter hesabında Avropada qaz qiymətlərinin təcili olaraq dondurulmalı olduğunu bildirib və əlavə edib ki, qaz və elektrik enerjisi qiymətləri arasında əlaqə sünidir və islahatlar aparılmalıdır.
Ayşən Azadova
Medianews.az