“Kosovonun Serbiya olduğunu unutmağın vaxtıdır”
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Eskobar serblərə Kosovonun Serbiyaya məxsus olduğunu unutmağı məsləhət görüb.
Bu barədə “Qafqazinfo” N1 telekanalına istinadən xəbər verir.
Eskobarın sözlərinə görə, o, Kosovo ilə Serbiya arasında mübahisənin həlli prosesinin bütün avroatlantik icma üçün böyük əhəmiyyət daşıdığına dair siqnal göndərmək üçün danışıqlarda iştirak edib.
“Bildirmək istəyirəm ki, bu gündən sonra nikbinlik üçün əsas var. Mən deyərdim ki, indi danışdığımız şeylər, əslində, ümumi danışıqlar platforması çərçivəsində xırda problemlərdir. Hesab edirəm ki, Kosovo- Serbiyadır narrativini unutmalı, Kosovo və Serbiya – Avropadır narrativinə keçməliyik”, – Eskobar deyib.