ABŞ-da yaşayan 16 yaşlı Sarah Plat xokkey turnirində dostlarının təkidi ilə kəllə əzmə yarışına qatılıb.
Medianews.az xəbər verir ki, rəfiqələrindən heç biri xəsarət almadığı qeyri-adi yarışda Saranın onurğa sümüyü sınıb.
Hazırda Amerikada trend olan kəllə əzmə yarışması 16 yaşlı Sarah Plattı xəstəxanalıq edib. Onurğa sümüyü zədəsi alan gənc qız xəstəxanaya çatdırılıb. Saranı müalicə edən həkimlər gənc qızın boynunda və onurğasında 3 sümüyün qırıldığını müəyyən ediblər.
Sarah sözügedən hadisə haqqında bunları deyib: “Bu, bir trend idi. Mən həqiqətən iştirak etmək istəmədim, çünki narahat idim. İnsanları bunu etməmələri barədə daha çox məlumatlandırmaq istəyirəm, kimsə bunu təkrarlasa daha ağır nəticələr ola bilər”.
Sarahın hazırda sağlamlığı bərpa edilib. Lakin o, kiçik fəsadlardan əziyyət çəkir və bu da onun zaman-zaman huşunu itirməsinə səbəb ola bilər.
Medianews.az