Ardıcıl baş verən fəlakətlər Əfqanıstanı çətin vəziyyətə salıb. Taliban daşqınla mübarizə üçün dünyadan kömək istəyib.
Taliban sözçüsü Zəbihullah Mücahid təbii fəlakət nəticəsində indiyədək 182 nəfərin həyatını itirdiyini, 250-dən çox insanın isə yaralandığını açıqlayıb. 3000-dən çox evə ziyan dəyib.
Mücahid, “Əfqanıstan İslam Birliyi sel fəlakətini təkbaşına idarə edə bilməz. Beynəlxalq təşkilatları və İslam ölkələrini bizə kömək etməyə çağırırıq” deyib.