Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kabinetdə oturub klaviatura arxasından, televiziya ekranından ağıl öyrədirlər- Xalq artisti

XƏYALƏ
26/08/2022 15:31
48
BAXIŞ
FacebookTwitterTelegram

“Bu gün “Azərbaycan kəndlisi təmbəldir” deyə iddia edən ekspertlər bölgələrə gedib onların problemləri ilətanış olublarmı? Onların həyat şəraitlərindən xəbərləri varmı? Bunu bilmirlər”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyib. Son vaxtlar artan qiymətlərdə kəndlini günahkar hesab edən ekspertlərə cavab verən aktyor onları sərt şəkildə qınayıb:

“Əksər hallarda o cür ekspertlər Bakıda kabinetdə oturub klaviatura arxasından, televiziya ekranından ağıl öyrədirlər. Bilmədiyi məsələ haqqında fikir bildirmək son zamanlar bizdə dəb halını alıb. Mənə elə gəlir ki, hər hansı sahə üzrə fikir söyləmək istəyən ekspert məsələnin mahiyyətindən xəbərdar olmalıdır.

Bu gün Azərbaycan kəndlisi krediti neçə faizlə alır xəbəriniz varmı? Kəndli dövlət tərəfindən ona ayrılmış subsidiyaları nə şəkildə əldə edir? Həmin yardımların nə qədəri ona çatır? İstehsal etdiyi mal neçəyə alınır? Bütün bunları bilmədən qiymət artımının səbəbini havadan götürüb kəndlinin üstünə atmaq haqsızlıq və ədalətsizlikdir. Azərbaycan kəndlisi həmişə zəhmətkeş olub, hər zaman çörəyini dişi, dırnağı ilə qazanıb. Bu gün əgər Bakı şəhəri kənd təsərrüfatı məhsulları, ərzaq məhsulları ilə təmin olunursa, bu elə kəndlinin hesabınadır”.

Sənətçi bildirib ki, kəndli dövlət tərəfindən ayrılan yardımın çox cüzi hissəsini ala bilir:

“Dövlət tərəfindən kəndliyə ayrılan yardım ona son məqamda ya çatar, ya çatmaz. Çatsa da çox cüzi hissəsi gəlib çatır. Kəndlinin istehsal etdiyi məhsulu öldürüb, qəpik-quruşa ondan alırlar. Kəndli sonda aldığı krediti belə ödəyə bilmir. Kəndli heç vaxt təmbəl olmayıb.

Kənd təsərrüfatı sahəsində biz daha çox istehsalçı olmalıyıq. Amma təəssüflər olsun ki, marağı olan müəyyən qüvvələr var, onlar daha çox qazanmaq istəyənlər var. Onlar kənd təsərrüfatı sahəsindən kifayət qədər qazanc götürə bilmədiklərinə görə bu sahəni “ölü zona”ya çeviriblər və xarici ölkələrdən məhsulları gətirib baha qiymətə satırlar. Onlar dövlət büdcəsinin üstünə oturmaq oyunu oynayırlar. Nəticə etibarı ilə də ölkədə qiymət artımı yaranır. Dəfələrlə dövlət başçısı qiymət artımı ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqdan sonra sürətlə bəzi məhsulların qiyməti düşüb. Deməli, işbazlar qiymətləri həddindən artıq qaldırıblar. Dövlətini, millətini sevən adam onu çörəklə, qida ilə imtahana çəkməz”.

DAHA ÇOX OXU

Dünya

Ötən il Türkiyədə 10.500 əsər aşkar edilib

31/01/2023 13:38
Mədəniyyət

70 yaşlı aktrisanın keşməkeşli həyatı: Ruhi xəstə oğlu dediyi vaxtda öldü, nəvəsinin vəfatını qabaqcadan bildi

30/01/2023 09:55
1-MANŞET

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25
Mədəniyyət

“Varlı qadın” Mingəçevir Dövlət Dram Teatrına gəlir

26/01/2023 13:02
Mədəniyyət

“O pulu balalarımın boğazından kəsib vermişdim” – Şəfiqə Məmmədovanın İttifaqına SƏRT SÖZLƏR

26/01/2023 12:03
Mədəniyyət

Azərbaycanlı rejissorun filmi Fransada beynəlxalq festivalda nümayiş olunub

26/01/2023 11:59
SON XƏBƏR

“İnsanların gəliri təmiz enerji ilə işləyən avtomobil almağa çatmır” – Ekoloq

Prezident Tarif Şurasının səlahiyyətini LƏĞV ETDİ - FƏRMAN

“400 manatlıq kişi" elanına namizəd tapılıb

Xəbər lenti

Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı – VİDEO

31/01/2023 16:43

Mənfi düşüncə depressiyanı artırır

31/01/2023 16:34

Tarif Şurası dərmanları da BAHALAŞDIRDI

31/01/2023 16:30

Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI

31/01/2023 16:06

Dəhşətli cinayətin təfərrüatı: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

31/01/2023 15:53

Müğənni Nəfəsdən ŞOK AÇIQLAMA: “Əgər xanım tək yaşayırsa…” – VİDEO

31/01/2023 15:45

Yaşar Yusub Ajda Pekkanla eyni səhnədə – Video

31/01/2023 15:42

​“Qarabağ”ın bu il avrokuboklardan qazandığı ŞOK MƏBLƏĞ

31/01/2023 15:40

Azərbaycana sızan 3500 İran agenti: Yerli qadınlarla niyə evləniblər? – Hüseynzadə ilə bağlı şok faktlar

31/01/2023 15:32

Saakaşvili reanimasiyaya yerləşdirilir

31/01/2023 15:16

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

31/01/2023 15:13

Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – İki media qurumunda axtarış, saxlananlar var

31/01/2023 15:03

“Qarabağ”ın yeni transferi “Gent”lə oyunda iştirak edə bilməyəcək – SƏBƏB

31/01/2023 14:51

Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

31/01/2023 14:50

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? – Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

31/01/2023 14:48

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

31/01/2023 14:46

Qalmaqallı iş adamına məxsus məşhur supermarketlər bağlanır – TƏFƏRRÜAT

31/01/2023 14:45

????????????????????????????????????

Bakıda məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdılar

31/01/2023 14:36

Mərkəzi Bankdan MƏLUMAT: “Sabah saat 10:00-da…“

31/01/2023 14:35

Yeni nazir müavini bu məşhur şəxsin NƏVƏSİDİR – FOTO

31/01/2023 14:33

İpoteka kreditləri əldə etmək istəyənlərə ŞAD XƏBƏR

31/01/2023 14:26

Bakıda lüks avtomobillər toqquşdu – FOTOLAR

31/01/2023 14:23

DTX-dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara XƏBƏRDARLIQ

31/01/2023 14:16

Azərbaycanda dollar bahalaşacaq?- AÇIQLAMA

31/01/2023 13:41

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.