Bu gün Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini nəzarətə götürüb.
Trend xəbər verir ki, Ordu korpusu komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.