İstanbulda yaşayan Korkut Gezici adlı şəxs əvvəlcə arvadını tapança ilə öldürüb, daha sonra qızını da eyni silahla yaralayıb.
Medianews.az xəbər verir ki, hadisə yerindən qaçan K.Gezici evinə getdiyi qardaşı oğlu Sinan Özfidanı da öldürüb.
Özfidanın həyat yoldaşı “Korkut Gezici içəri girərək heç nə demədən ərimə 3 dəfə atəş açıb. Ərimi qəsdən öldürdü”, – deyə ifadə verib.
Polis qrupları, törətdiyi cinayətlərdən sonra yoxa çıxan Korkut Gezicini yaxalamaq üçün araşdırmalara başlayıb. Silahla yaralanan Muazzez Gezicinin hələ də həyati təhlükəsinin olduğu bildirilib.
Həyatını itirən Sinan Özfidanın həyat yoldaşı Gamze Özfidan isə ifadəsində bunları deyib: “Oturmuşduq. Həmin şəxs içəri girdi və heç nə demədən ərimə 3 dəfə atəş açdı. Yoldaşım heç nə edə bilmədi. Xəstəxanaya çatdıra bilmədik, yolda dünyasını dəyişdi. .Aralarında heç bir düşmənçilik olmayıb. Bunu niyə etdi, nə istədiyini bilmdik”.
Medianews.az