Ukrayna prezidenti Vladimir Zelenski Müstəqillik Günündə ölkəsinin ənənəvi “vişivanka” köynəyini geyinib.
Medianews.az xəbər verir ki, sosial mediada Zelenskinin köynəyi gündəm olarkən paltarın üzərindəki tikişlərdə kişi və qadın fiquru ilə yanaşı, Ukrayna istehsalı olan BTR-3E1 tipli zirehli maşının da yer aldığı görülüb.
6 aydır Rusiyaya qarşı mübarizə aparan Ukrayna bu gün Müstəqillik Gününü qeyd edir. Rusiya ordusunun ölkə daxilində mümkün hücumlar şübhəsi ilə kütləvi tədbirlər qadağan olunub və insanlara diqqətli olmaq barədə də xəbərdarlıq edilib.
ABŞ prezidenti Co Bayden Müstəqillik Günündə Ukraynaya 2,98 milyard dollar dəyərində silah və müdafiə yardımı edəcəklərini açıqlasa da, Böyük Britaniyanın baş naziri Boris Conson şəxsən ölkəyə gələrək Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Daha sonra Conson Zelenski ilə Kiyev küçələrini dolaşıb.
Medianews.az