Tənqidləri ilə tez-tez gündəmdə olan türkiyəli ilahiyyatçı İmam Halil Konackı bu dəfə məşhur komediya ustası Cem Yılmazı zarafatcıllığına, Orhan Gencebay və İbrahim Tatlısəsi oxuduqları mahnıya görə tənqid edərək “Dindən çıxıblar” deyib.
Medaianews.az xəbər verir ki, döymə və geyim seçimləri ilə bağlı tez-tez qadınlar haqqında danışan İmam Halil Konakçı bu dəfə məşhur adları hədəf alıb.
Konakcının bu dəfəki hədəfi Cem Yılmaz və digər sənətçilər olub.
“Cem Yılmazın ifalarından birində qadının yaradılması ilə bağlı zarafatına gəlincə, “Təlxəklər çıxıb televizorda guya zarafat edir. Nə imiş? Allah kişini yaratdı, sonra “mən bundan daha yaxşısını yarada bilərəm” deyə düşündü, qadını yaratdı. Bunu dinləyən, söyləyən, alqışlayan hər kəs imanını itirib”, – deyə Halil Konakcı bildirib.
Medaianews.az