İspaniyada təxminən 1,5 ildir qüvvədə olan evtanaziya hüququ ilk dəfə məhbus üçün tətbiq edilib.
Medianews.az xəbər verir ki, İspaniyanın Tarragona şəhərində bir şirkətdə özəl mühafizəçi işləyən Marin Eugen Sabau 2021-ci ilin dekabrında iş yerində təşkil etdiyi hücumda ikisi polis olmaqla 5 nəfəri yaralayıb.
Hadisə zamanı Marin Eugen Sabau özü də yaralanmışdı.
Ağır yaralı olaraq müalicə aldığı həbsxana xəstəxanasında evtanaziya hüququ verilməsi üçün ərizəsi məhkəmə tərəfindən iyul ayında qəbul edilən 46 yaşlı Sabunun həyatı dünən başa çatıb.
Hadisənin zərərçəkənləri onun ölümünə baxmayaraq, təzminat tələblərinin davam etdiyini bildiriblər.
Qeyd edək ki, İspaniyada sol koalisiya hökumətinin qəbul etdiyi qanunla 25 iyul 2021-ci ildən evtanaziya qanuni bir hüquq olaraq istifadə edilə bilər.
Medianews.az