ABŞ terror təşkilatı PKK/YPG-yə dəstəyini artırmağa davam edir.
Medianews.az xəbər verir ki, Suriyanın şimal-şərqində silah və ləvazimatlarla dolu 80 yük maşınından ibarət karvan ələ keçirilib.
Silah, sursat, nəqliyyat vasitələri və logistika materialları ilə dolu Amerika Birləşmiş Ştatlarına məxsus 80 TIR-dan ibarət yeni karvan Suriyanın terror təşkilatı PKK/YPG-nin işğalı altında olan şimal-şərqinə daxil olub.
Qeyd edək ki, ABŞ-ın bu il terror təşkilatının işğal etdiyi bölgələrə göndərdiyi hərbi texnika ilə dolu yük maşınlarının sayı 1205-ə çatıb. 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatının başlaması ilə ABŞ bölgədəki bazalarını boşaldarkən neft yataqları ətrafında məskunlaşmaya üstünlük verib.
Məlumat üçün onu da bildirək ki, Vaşinqton YPG/PKK terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.
Medianews.az