Pomidor qripi kimi tanınan və adını dəridə əmələ gələn ağrılı qırmızı qabarcıqlardan alan yeni virus meydana gəlib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu virus Hindistanda meydana çıxıb və indiyədək beş yaşından kiçik onlarla uşağı təsir edib.
Dünya Covid-19 və Moymunçiçəyi epidemiyaları ilə mübarizə apararkən Hindistandan yeni bir epidemiya aşkar edilib. Pomidor qripi kimi tanınan bu xəstəlik ilk dəfə bu ilin may ayında aşkarlanıb və indiyədək 5 yaşa qədər 82 uşaq bu xəstəliyə yoluxub.
Adını dəridə əmələ gələn iyrənc qırmızı qabarcıqlardan alan pomidor qripi də yüksək hərarət, səpgi və şiddətli oynaq ağrılarına səbəb olur.
Medianews.az