Rusiyada məhbuslar Federal Penitensiar Xidmətin əməkdaşlarını girov götürüblər.
Sfera.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Kemerovodakı təcridxanada məhbusları kamerada yoxlama aparan təcridxana əməkdaşlarını girov götürüblər.
Məhbuslar onlardan Federal Penitensiar Xidmətin regional baş idarəsinin və prokurorluğun nümayəndələri ilə görüş təşkil etməyi tələb ediblər. Daha bir məlumata görə, onlar həm də mobil rabitə ilə təmin olunmalarını istəyirlər.
1 saylı İstintaq Təcridxanasının 3 əməkdaşı (bir kişi və iki qadın) 8 məhbus tərəfindən girov götürülüb.
Taxta dəyənəklər və metal künclüklə silahlanmış məhbuslar girovları kameraya sürüyüblər. İstintaq təcridxanasının bir əməkdaşının azadlığa buraxıldığı bildirilir.
Son məlumatlara görə, xüsusi təyinatlılar istintaq təcridxanasının ərazisinə daxil olublar.