Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. Səfər avqustun 24-də baş tutacaq.
İki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir. Bəs görəsən iki ölkə arasında hansı danışıqların aparılması gözlənilir?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Yeganə Hacıyeva bildirdi ki, son illər ölkələr arasında siyasi, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar əlaqələrin sürətlə inkişafı bu əməkdaşlığı yeni mərhələyə çatdırmaqla hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırmasında yardımçı olacaq:
“Hər iki ölkə arasında tarixi əlaqələrdən kənarda aid olduğu regionlarda sülh və sabitlik, təhlükəsizlik və tərəqqinin bazası rolunu oynaya biləcək, potensial mövcuddur.
Hər iki ölkə qarşılıqlı faydalı əməkdaşlıq şərtlərində bu geniş iqtisadi potensialın birgə istifadəsi və inkşafında maraqlıdır.
Qazaxstan və Azərabaycan Türkiyə ilə üçtərəfli əməkdaşlıqdan doğan imkanlar ölkələrin yerləşdiyi regionlar üçün vacib və bir o qədər də əhəmiyyətlidir.
Belə ki, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya iqtisadi üçbucağı ölkələrinin iqtisadi imkanları Avropa ilə Çini birləşdirəcək bir dəhliz formalaşdırır.
Səfər haqqında danışdıqda hər iki ölkənin qarşılıqlı münasibətlərini hərtərəfli strateji əməkdaşlıq səviyyəsinə çatdırılması üçün siyasi iradəyə əsaslanan bu sənəd, hər iki ölkənin imkanlarının birgə istifadəsi ilə ticarət, logistika, nəqliyyat və enerji sahələrində əməkdaşlığın inkişafı üçün yeni hüquqi bazanın işlənməsini nəzərdə tutacaq.
Son illər hər iki ölkənin xarici siyasət, ticarət, iqtisadiyyat və nəqliyyat nazirliyi rəhbərlərinin iştirakı ilə bir neçə görüş baş tutub. Bu səfər isə yaxın perspektivlər üçün əsas prioritetlərin müəyyənləşdirilməsi, qarşılıqlı fəaliyyət və təşəbbüslərin ilkin mərhələsi kimi gələcək fəaliyyət planı və onun işlənməsi üçün vacibdir.
İlkin şərtlər kimi iki ölkənin iqtisadiyyat, ticarət, investisiya qoyuluşu, nəqliyyat, o cümlədən bütün növ nəqliyyat və tranzit kommunikasiyaları sahələrində əməkdaşlıq potensialının tam reallaşdırılması üçün mövcud xəttlər və infrastrukturların birgə istifadəsi üçün razılaşmalar nəzərdə tuta bilər.
Bunu həm də qısa müddətli fəaliyyət planının artıq işlənməsi mərhələsi də adlandırmaq mümkündür.
Ümumilikdə isə bir cümlə ilə hər iki ölkə əlaqələrinin bütün əməkdaşlıq tarixində olduğundan ən yüksək səviyyəsinin bütün dünayaya nümayişi kimi dəyərləndirə bilərik.
Mövcud xətlər və infrastrukturlara gəldikdə isə “ Bakı-Tbilisi-Axalkalaki-Qars “dəmir yolunun imkanlarından, Türkiyə və Azərbaycanın beynəlxalq limanlarından, həmçinin aparıcı faktor olduğumuz “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının fəal istifadə olunması müzakirə oluna bilər.
Hər iki ölkə Mərkəzi Asiya mineral resurslarının Avropaya diversifikasiyasında səmərəli şərtlər əldə etməklə paralel Avropa və Asiya arasında daşınmalarda vacib söz sahibi olmaq prespektivi də görünür.
Beynəlxalq nəqliyyat sisteminin inkişafı üçün vacib kompleks tədbirlərin görülməsi ilə marşrut boyu bütün ölkələrin iqtisadi inkişafına əhəmiyyətli təsir göstərəcək bu təşəbbüsün ilkin fazasında Azərbaycana birbaşa faydası haqqında danışsaq, Qazaxstan Çindən daşımaları Azərbaycan vasitəsilə həyata keçirməyi planlaşdırır.
Qazaxstan Avropa və Asiyanın dəmir yollarının birləşməsinin ən qısa yolu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaqla yükdaşımalarda səmərəli şərtlər əldə edir.
Bu gün beynəlxalq daşınmalarda BTQ infrastrukturundan istifadə edilməklə Türkiyə – Gürcüstan – Azərbaycan – Qazaxıstan – Rusiya – Türkmənistan – Özbəkistan – Qırğızıstan – Çin və Avropa marşrutu üzrə həyata keçirilir.
Qarşılıqlı faydalılıq əsasında həyata keçəcək təşəbbüs və birgə layihələrin regional və qlobal prespektivləri, ən əsası siyasi və diğər risklərinin dəyərləndirilməsi ilə vacibdir”.
Medianews.az