Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.
Medianews.az APA-ya istinadən xəbər verir ki, təkbətək görüşdə baş nazirlər iki ölkə arasında əməkdaşlığın gündəliyidə olan əsas məsələləri nəzərdən keçiriblər.
Məlumata görə, söhbət zamanı Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində mövcud əməkdaşlıq əlaqələrinə toxunulub. İrakli Qaribaşvili İrəvanda baş verən partlayışla əlaqədar Nikol Paşinyana başsağlığı verib.
Görüşdə, o cümlədən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşünə, regionda sülh və sabitliyin təşviqində Gürcüstanın rolu və səylərinə diqqət yetirilib.
Vurğulanıb ki, Qaribaşvili və Paşinyan regionda hazırki vəziyyətdən danışıblar.