Evinin qarşısında oynayarkən oyuncağının arxasınca qaçan 3 yaşlı uşaq geriyə doğru hərəkət edən avtomobilin altında qalıb.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə Meksikanın paytaxtı Mexikoda baş verib.
Görüntülər təhlükəsizlik kamerasına əks olunarkən, uşağın qolunun qırıldığı, ağciyərlərinin zədələndiyi müəyyən edilib. Qəza anının təhlükəsizlik kamerasına düşdüyü hadisədə oyuncağını götürmək üçün yola qaçan balaca uşağın avtomobil tərəfindən əzildiyi, nəqliyyat vasitəsinin sürücüsünün isə vəziyyəti anladıqdan sonra dayandığı görülüb.
Sükan altında qalan uşaq hadisə yerinə gələn yaxınları tərəfindən avtomobili itələyərək xilas edilib. Xəstəxanaya aparılan uşağın qolunun sındığı və ağciyərlərinin zədələndiyi müəyyən edilib. Qəza ilə bağlı prokurorluq araşdırmalara başlayıb.
Medianews.az