Türkiyədə mesaj yazaraq qaçırıldığını deyən İran əsilli Parfane Poladin adlı qadın əlləri və ayaqları və ağzı yapışqan lentlə bağlanmış halda dostları tərəfindən meşədə tapılıb.
Medianews.az xəbər verir ki, meşədə gəzərkən 3 nəfər tərəfindən qaçırıldığını iddia edən Poladin polisin çarpaz sorğusunda həqiqəti etiraf etməyə məcbur olub.
Poladin sevgilisinin və ondan ayrılmaq istəyən ailəsinin diqqətini çəkmək üçün qaçırıldığını dediyini bildirib.
Parfane Poladin dostlarına mesaj göndərərək meşədə 3 nəfər tərəfindən qaçırıldığını bildirərək kömək istəyib. Bunun üzərinə köməyə gedən üç dostu meşədə Poladini ağız lenti ilə, əlləri və ayaqları bağlanmış vəziyyətdə tapıblar. Dostları onun mobil telefonu ilə həmin anları görüntüləyib və polisə xəbər veriblər.
Xəbərdarlıq üzərinə əraziyə çoxlu sayda polis qrupları sövq edilib. Çəkilən videoda çox qorxduğunu və bədənində cızıqlar olduğunu qeyd edən Poladin polisə verdiyi ilk ifadəsində meşədə gəzintiyə çıxdığı zaman 3 nəfərin onu qaçırdığını, əl-ayağını yapışqanla bağladığını deyib. Poladin Təcili Yardım tərəfindən xəstəxanaya aparılıb və sağlamlıq müayinəsindən keçirilib.
Bölgədəki təhlükəsizlik kamera qeydləri də tək-tək araşdırılıb. Lakin Poladinin qaçırıldığına dair heç bir sübut tapılmayıb.
Xəstəxanada sağlamlıq yoxlamasından sonra polis bölməsinə aparılan Poladin ziddiyyətli ifadələr verdikdə çarpaz sorğudan keçirilib. Poladin dindirmə zamanı ondan ayrılmaq istəyən sevgilisinin və ailəsinin diqqətini cəlb etmək üçün belə bir adam atdığını, bunun bir plan olduğunu etiraf edib. Poladin sorğuda özü ilə meşəyə apardığı yapışqanla özünü bağladığını, daha sonra dostlarına zəng edərək kömək istədiyini bildirib.
“Cinayət törətmək” maddəsi ilə cinayət işi açılan Poladin ifadəsindən sonra prokurorluğun qərarı ilə sərbəst buraxılıb.
Medianews.az