Rusiyanın ‘ARMY2022’ silah sərgisində təqdim edilən M-81 adlı robot it sosial mediada gündəm olub.
Medianews.az xəbər verir ki, üzərində RPG-26 olan robot ninja görünüşü ilə böyük marağa səbəb olub.
Sosial mediada gülüş obyektinə çevrilən robotun alış-veriş saytlarında satılan ev robotuna çox bənzədiyi iddia edilib. Tamamilə gözlənilmədən ortaya çıxan bu iddia, insanlar arasında çaşqınlıq yaradıb. Bəzi istifadəçilər bu robotun “silah deyil, oyuncaq olduğunu” əsas gətirərək maraqlı şərhlər yazıb.
Qeyd edək ki, RPG-26 reaktiv yaylım atəşi ilə təchiz edilmiş M-81 adlı robot it, bu həftə Moskvada keçirilən və böyük silah sərgisi olaraq adlandırılan ‘ARMY2022’ sərgisində nümayiş etdirilib.
Rusiyanın “RİA” xəbər agentliyi tərəfindən yayımlanan robot itin yeriməsi, oturması və ayağa qalxması videosu internetdə yayılıb. Lakin M-81 adlı robotun əslində Çin istehsalı olan “oyuncaq” olduğu iddiası hər ortalığı qarışdırıb.
Beynəlxalq nəşrlərdə robot itin Çin şirkəti tərəfindən istehsal edildiyi və bir ildən artıqdır ki, iki variantda satışa çıxarılan bu robotun qiymətinin 2-4 min dollar arasında olduğu irəli sürülüb.
Medianews.az