Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi virusu, Covid-19 və digər qlobal sağlamlıq problemlərini müzakirə etmək və ictimaiyyəti məlumatlandırmaq üçün mətbuat konfransı keçirib.
Dünya üzrə Meymun çiçəyi virusuna yoluxanların sayını açıqlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru ilginc açıqlamalar verib.
Medianews.az xəbər verir ki, baş direktor Gebreyesus meymun çiçəyi xəstəliyinə yoluxanların demək olar ki, böyük əksəriyyətinin kişi olduğunu bildirib.
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus açıqlamasında meymun çiçəyi virusunun 92 ölkədə müşahidə edildiyini və dünya üzrə yoluxma sayının 35 mini keçdiyini bildirərək, 12 nəfərin virusa görə həyatını itirdiyini açıqlayıb.
Medianews.az