Son bir ayda həkimlər uşaqlarda qusma, yüksək hərarət və ishalla müşahidə edilən virusun yayılması ilə bağlı əhalini xəbərdar edirlər. Rotavirus adlanan həmin infeksiya uşaqlarda aşkarlanarsa, ona uyğun müalicənin aparılması tövsiyə olunur. Xəstəliyə daha çox 5 yaşa qədər olan uşaqlarda rast gəlinir və simptomlar bir həftədən bir aya qədər davam edə bilir.
Mövzu ilə bağlı Pediatr Günay Rəsulova Medianews.az -a danışıb. Qeyd edib ki, belə hallar baş verdikdə ev şəraitində olunan müdaxilələr sonradan daha ağır fəsadlar yaradır:
“Bəzən qusan və qarnı gedən uşağa həkimə məsləhət etmədən ev şəraitində müdaxilə edirlər. Bu tamamilə yanlış bir həll yoludur. Həkim məsləhəti olmadan uşağın bağırsağını sodalı, marqarinli çobanyastığl suyu ilə yumaq, çopçüyə aparmaq olmaz. Bu uşağa stressdən başqa bir şey vermir. Qusan uşağa israrla dərman içirtmək, çətin həzm edilən və uyğunsuz qidalar vermək qusmanı daha da artıra bilər.
Bəs nə etmək lazımdır? Əgər uşaq qəbul edərsə az miqdarda maye içirtmək, uşaq qəbul etdiyi qidaları qusarsa dərhal həkimə müraciət etmək lazımdır”.
Ayşən Azadova
Medianews.az