Prezident Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” sözlərindən sonra Suriyada ola biləcək əməliyyat gündəmdə gəlib.
Medianews.az xəbər verir ki, Suriya mediası da xəbərlərində bu mühüm iddiaya yer verib.
Suriyanın rəsmi agentliyi SANA, sərhədə yaxın ərazilərdə çoxlu sayda türk PUA-larının göründüyünü, Türkiyənin Haseke, Rakka və Hələbdəki sərhəd bölgələrinə sürətlə yerləşdiyini bildirib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Şurasının (MTŞ) mayın 26-da qəbul etdiyi yekun bəyannamədə Suriyaya yeni hərbi əməliyyat siqnalı verilib.
Mövzu ilə bağlı dəfələrlə mesaj verən prezident Ərdoğan, “30 kilometr dərinlikdə təhlükəsiz xətt çəkəcəyik, terror təşkilatının yuva qurduğu əraziləri təmizləyəcəyik. 30 kilometr dərinlikdə təhlükəsizlik qurma qərarımız dəyişməz olaraq qalacaq”, – deyə bildirib.
Bu proseslərdən sonra sərhəddə hərəkətlilik artarkən, Suriyanın rəsmi xəbər agentliyi sərhəd şəhərlərindəki məscidlərdə səsgücləndiricilərlə insanlara çölə çıxmamaq barədə xəbərdarlıq da edib.
SANA-ya danışan yerli mənbələr də sərhədə yaxın bölgələrdə çoxlu sayda türk PUA-nın göründüyünü, Türkiyənin Haseke, Rakka və Hələb sərhəd bölgələrinə sürətlə yerləşdirildiyini bildirib.
Medianews.az