Rusiyanın ən böyük təbii qaz şirkəti “Novatek”in Sibirə yatırdığı 21,3 milyard dollar sərmayəsi Qərbin sanksiyaları səbəbindən təhlükə altındadır.
Medianews.az xəbər verir ki, bir çox şirkət bir-bir layihədən çəkildikdən sonra “Novatek” gözünü Türkiyənin “Karpowership” şirkətinə çevirib.
Mövzu ilə bağlı təhlil dərc edən Yunan mətbuatı Novatekin türk şirkəti ilə görüşməkdən başqa çarəsinin olmadığını bildirib. Ukraynaya təcavüzündən sonra Qərb dünyasının sıx sanksiyalarına məruz qalan Yunan mediası Sibir bölgəsində inşa ediləcək Arctic LNG 2 layihəsi ilə əlaqədar şirkətin qərb texnologiyasından asılı olduğunu, ancaq təbii qaz layihəsinin sanksiyalar səbəbiylə təhdid altında olduğunu ifadə edib.
“Baker Hughes”, “Saipem” və “Technip” şirkətlərinin layihədən çəkilməsindən sonra “Novatek”ə Türkiyədən yardım gələ biləcəyi yazılıb. Buna uyğun olaraq şirkətin Türkiyənin “Karpowership” şirkəti ilə görüşəcəyi bildirilərkən, Rusiya şirkətinin razılaşmaqdan başqa çarəsinin olmadığı vurğulanıb.
Qeyd edək ki, 2010-cu ildən bəri “Karpowership” bu gün enerji sistemləri az inkişaf etmiş ölkələri enerji ilə təmin edən 25 atom gəmisi inşa edib. Bu tip gəmilər hazırda 10 Afrika ölkəsində, həmçinin Yaxın Şərq və Latın Amerikasında fəaliyyət göstərir. Bu gəmilər barjalara və ya gəmilərə quraşdırılmış üzən elektrik stansiyalarıdır və ağır mazut, dizel yanacağı və ya təbii qazla işləyə bilər.
Medianews.az