Papa Fransiskdən sonra vəzifəyə təyin olunacağı gözlənilən kanadalı kardinal Mark Ouelle də daxil olmaqla 88 din xadimi cinsi istismarda ittiham olunur.
Medianews.az xəbər verir ki, Mark Ouelle Kanadada cinsi istismar ittihamı ilə üzləşib.
Papa Fransiskin yerinə keçəcəyi gözlənilən kardinal Mark Ouelle, Kvebek Baş Yeparxiyasına qarşı qaldırılan qrup davasında cinsi istismar ittihamı ilə 87 din xadimi ilə mühakimə olunur.
Qeyd edək ki, Mark Ouelle 2008-ci ilin avqustundan 2010-cu ilin fevralına qədər bir çox ictimai tədbirlərdə təcrübə keçən qadına təcavüz etməkdə ittiham olunur. Məhkəmə sənədlərində “F” kimi qeyd olunan qadın Ouelletin özünün istəyi olmadan ona dəfələrlə toxunduğunu iddia edib. Qadın həmçinin bildirib ki, 2016-2018-ci illər arasında din xadimi Leopold Manirabaruşa tərəfindən cinsi istismara da məruz qalıb.
Şikayətçilər iddia edirlər ki, Kvebek Baş yeparxiyasının ən azı 85 üzvü 1940-cı ildən bəri 100-dən çox insanı cinsi istismara məruz qoyub, onların əksəriyyəti azyaşlılardır. Kvebek Baş yeparxiyasından heç bir açıqlama verilməyib.
Sonda onu da bildirək ki, Kardinal Xristian Katolik Kilsəsinin Papadan sonra ən yüksək rütbəli ruhanisidir. Kardinal olacaq din xadimləri indiki Papa tərəfindən irəli sürülür. Növbəti Papanı öz aralarında seçirlər.
Medianews.az