Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) üç general-mayoruna general-leytenant ali hərbi rütbəsi verilib.
“Qafqazinfo” xəbər verir ki, general-leytenant rütbəsinə yüksələn Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, Vətən müharibəsinin komandanlarından biri olub. “Vətənə xidmətə görə” ordeninin tam kavaleri ilə təltif edilib.