Avqustun 7-dən bu günə kimi təcili tibbi yardıma günvurma ilə əlaqədar 6 nəfər müraciət edib.
Medianews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi-eksperti, terapevt Zakir Quliyev deyib.
O qeyd edib ki, onlardan 3-ü hospitalizasiya olunub, 3-nə isə yerində yardım göstərilib.
“Hospitalizasiya olunanlardan 1-i azyaşlıdır. Hazırda onların vəziyyəti kafi qiymətləndirilir”, – deyə o əlavə edib.