Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya və Skandinaviya ölkələri ruslar üçün viza qadağası ilə bağlı razılığa gələ bilməyib.
Almaniya ilə Skandinaviya ölkələri arasında Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Avropa Birliyi ölkələrində bütün ruslara turist vizasının verilməsinə qadağa qoyulması ilə bağlı fikir ayrılığı yaranıb.
Almaniya kansleri Olaf Şolz Norveçin paytaxtı Osloda İsveç, Norveç, Danimarka, Finlandiya və İslandiyanın baş nazirləri ilə görüşüb.
Finlandiyanın Baş naziri Senna Marin, mətbuat konfransında verdiyi açıqlamada, Rusiya vətəndaşlarının müharibəni başlasa da, ancaq müharibəni dəstəklədiklərini ifadə edib:
“Rusiya vətəndaşlarının AB, Şengen bölgəsi kimi daxil olmasını doğru görmürəm. Rusiya Ukraynada insanları öldürür”.
Marin bu məsələyə Avropa Şurasında baxılmasını xahiş edib.
Danimarkanın baş naziri Mette Fredriksen isə finlandiyalı həmkarını dəstəkləyərək, bəzi avropalıların, xüsusən də ukraynalıların Rusiyanın bir Avropa ölkəsinə hücum etməsini və eyni zamanda bu ölkədən turistlərin Avropada qəbul edilməsini qəribə gördüyünü anladığını ifadə edib: “Biz bunu müzakirə etməliyik”.
İsveçin baş naziri Maqdalena Andersson da Aİ-nin bu məsələdə ortaq mövqe nümayiş etdirməli olduğunu, İsveç hökumətinin isə hələlik bu məsələdə mövqe tutmadığını qeyd edib.
Norveçin baş naziri Jonas Gahr Store bu mövzuda məsləhətləşmələrin vacib olduğunu və ölkəsinin birgə tədbirlərə dəstək verəcəyini vurğulayıb.
Almaniya kansleri Şolz isə ruslara turist vizası verilməsinə qadağaya qarşı olduğunu bir daha təkrar edərək, rejimdən qaçan Rusiya vətəndaşlarının da olduğuna diqqət çəkib.
Alınacaq qərarların bu insanların Rusiyadakı diktaturadan xilas olmaq üçün ölkəni tərk etmələrini daha da çətinləşdirməməsi lazım olduğunu bildirən Şolz, “Bu, Rusiya xalqının deyil, Putinin müharibəsidir” -deyərək fikirlərini əsaslandırmağa çalışıb.
Almaniya kansleri Scholz, avqustun 11-də verdiyi açıqlamada, AB-nin Moskvada elektrik şəbəkəsini dəstəkləyənlərə qarşı hərtərəfli sanksiyalar tətbiq etdiyini xatırladıb və bütün ruslara, günahsızlara qarşı viza qadağasının tətbiqinin sanksiyaların təsirini azalda biləcəyi barədə xəbərdarlıq edib.
Qeydək edək ki, bundan əvvəl Finlandiya ilə yanaşı Estoniya da Aİ ölkələrinin ruslara turist vizasının verilməsinə etiraz edib.
Medianews.az