Hyuston Universiteti və Hindistanın Aliqarh Müsəlman Universitetinin mütəxəssislərinin apardığı araşdırmada məlum olub ki, banan qabıqları bir çox cəhətdən faydalıdır.
Araşdırmanın nəticələri “ScienceAlert” jurnalında dərc olunub.
Qeyd olunub ki, bananın qabığının üzərinə qaynar su töküb qurudub, sonra isə üyüdüb un halına salmaq olar. Əldə edilən undan kətə bişirmək olar/ Bu, buğda unundan qat-qat faydalıdır. Alimlər əmin edirlər ki, belə bir çörək insan orqanizmini lazım olan vitamin və mineralların böyük bir hissəsi ilə təmin edir.
Məsələn, banan qabığından hazırlanan biskvitdə xərçəngin qarşısını almaq üçün lazım olan lif, maqnezium, kalium və antioksidant birləşmələrdə daha yüksək olub.
Bundan əlavə, banan unu ürək üçün faydalı olan maqnezium və kaliumla zəngindir. Tədqiqatçıların əldə etdiyi daha müsbət nəticə odur ki, banan unundan hazırlanan bişintiləri həmişəkindən daha uzun müddətə saxlamaq mümkündür. (Publika.az)