Sinan Akçıl ötən gün Bodrumda səhnəyə çıxıb.
Medianews.az xəbər verir ki, Türkiyədə bir çox sənətçiyə bəstələr etdiyini deyən Akçıl yerli mediaya açıqlama verib. O, bildirib ki, ən böyük arzusu mərhum sənətkar Müslüm Gürsəs və Ahmet Kayaya mahnı yazmaq idi:
“Təəssüf ki, bu arzum gerçəkləşmədi. Bu vaxtdan sonra onlar kimi istedadlı, dəyərli sənətçilərin olmayacağını düşünürəm”.
Türkiyənin ən seksual qadınının Hülya Avşar olduğunu deyən sənətçi Türkiyədə geyindiyi paltarla özünü seksual göstərməyə çalışan qadınlardan fərqli olaraq Avşarın seksual olduğunu sübut edən yeganə qadın olduğunu vurğulayıb.
Medianews.az