“Mançester Yunayted” klubunun hücumçusu Kriştianu Ronaldu 11 yaşlı oğlunu necə tərbiyə etmək istəməsindən danışıb.
Məşhur futbolçunun sözlərinə görə, o, oğlunu ciddi, əməksevər görmək istəyir, bu səbəbdən onu haqq yoldan ayra biləcək bəzi şeyləri qadağan edib: Oğlumu hər şeylə təmin edə bilərəm. Amma mən istəyirəm ki, çəkdiyi zəhmətin qədrini bilsin. Ciddi və zəhmətkeş insan olsun. Oğlum bilməlidir ki, xoşbəxtlik üçün nələrisə qurban vermək lazımdır. Davamlı olaraq məndən mobil telefon işlətmək üçün icazə istəyir. Mən isə “yox” deyirəm və hələ tez olduğunu bildirirəm”.
Qeyd edək ki, Ronaldu 2021-ci ildən”Mançester Yunayted” klubunda çıxış edir.