1988-ci ildə nəşr olunan “Şeytan ayələri” kitabı dini təhqir etdiyinə görə tənqid edilən və ölümlə hədələnən hind əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu Yorkda keçirilən konfransda boynundan bıçaqlanıb.
Medianews.az xəbər verir ki, kitabın nəşrindən bir il sonra İranın mərhum dini lideri Ruhullah Xomeyni Rüşdinin edamını tələb edib və onun qətlinə görə 3 milyon dollar mükafat təklif edib.
Hint asıllı İngiliz yazar Salman Rüşdi, ABD’nin New York kentinde katıldığı bir etkinlik sırasında konuşma yaparken saldırıya uğradı.
Qeyd edək ki, Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi ABŞ-ın Nyu-York şəhərində tədbirdə çıxış edərkən hücuma məruz qalıb.
Nyu York Polisindən verilən açıqlamada bıçaqlı bir şəxs tərəfindən hücuma məruz qalan Rüşdinin boyun nahiyəsindən bıçaqlandığı və təcavüzkarın saxlanıldığı bildirilib. “Chautauqua” İnstitutunda çıxışı zamanı bıçaqlanan 75 yaşlı Rüşdi helikopterlə xəstəxanaya aparılıb. Nyu York valisi Kati Hoçul hadisədən təxminən 1 saat sonra təşkil edilən mətbuat konfransında Rüşdinin sağ olduğunu bildirsə də, səhhəti ilə bağlı təfərrüatları açıqlamayıb.
Hindistan əsilli yazıçı Rüşdi 1981-ci ildə təkcə İngiltərədə 1 milyon nüsxədən çox satılan “Gecəyarısı Uşaqları” kitabı ilə şöhrət qazanıb. Lakin Rüşdi 1988-ci ildə dördüncü kitabının nəşri ilə ölüm təhdidləri alıb və 9 il gizlənərək yaşamalı olub.
Medianews.az