Dəhşətli yol qəzasından sonra intubasiya olunan və beyin ölümündən dünyasını dəyişən 53 yaşlı amerikalı aktrisa Enn Xeçe dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, məşhur aktyorun orqanları ehtiyacıolan insanlara bağışlanacaq.
Dünya şöhrətli aktrisa Enn Heche bir həftə əvvəl yol qəzasında ağır yaralanaraq xəstəxanaya aparılıb. Zərbənin təsirindən alovlanan avtomobildən yanıq xəsarətləri ilə xilas olan aktrisa reanimasiya şöbəsində intubasiya edilib. Daha sonra beyin ölümü keçirən məşhur aktyor sevənlərini kədərləndirib.
Ailəsi aktrisanın orqanlarını bağışlamasının onun çoxdan verdiyi qərar olduğunu qeyd edib.
Anne Seleste Heche 25 may 1969-cu ildə Ohayoda anadan olub. Ohayoda doğulan, Nensi və Donald Hechenin qızı olan Enn Heche orta məktəbi bitirdikdən sonra 1987-ci ildə “Başqa dünya” adlı serialda biri yaxşı, biri pis obra olan əkiz bacıları canlandırdı və bu, onun televiziyada ilk böyük roluna çevrilib. Bu rola görə o, 1989-cu ildə “Soap Opera Digest”-dən Ən Perspektivli Aktrisa mükafatını və 1991-ci ildə Emmi Mükafatını qazanıb.
1993-cü ildə ilk bədii filmini canlandıran Heche daha sonra bir çox televiziya seriallarında və bədii filmlərdə rol alıb. 1998-ci ildə 6 gün 7 gecə filmində Robin Monro rolunu oynayıb. 2000 və 2001-ci illərdə 3 filmə rejissorluq edib.
Medianews.az