Türkiyəli keçmiş hakim Ahmet Çakarın “Qalatasaray”ın meneceri Erden Timurun təriqət toplantısına qatılaraq liderləri Cemalnur Sarqutun əlini öpməsini gördüm deməsi gündəmə bomba kimi düşüb.
Medianews.az xəbər verir ki, sözügedən videoda Timur və Sarqutun yan-yana durduğu görünüb.
Keçmiş hakim və idman şərhçisi olan Ahmet Çakar diktor Ertem Şenerlə söhbətində “Qalatasaray”ın meneceri Erden Timurun təriqət toplantısına qatılaraq liderlərinin əlini öpdüyünü iddia edib.
Ahmet Çakar sözügedən hadisə haqqında bunları deyib: “Erden Timur bir proyektdir. Hazırda Qalatasarayın qərb qapısında ikinci adam olan Erden Timuru Cemalnur xanımın təriqətində əl öpdüyünü gördüm. Onun videosu da var. Amma şəxsi həyatıdır, qarışa bilmərəm. Bu ölkə təriqətlərdən çox əzab çəkib. Son 8-10 il ərzində nələr olduğunu hər kəs bilir və nəticələrini də görür”.
CEMALNUR SARQUT KİMDİR?
Cemalnur Sarqut 1952-ci ildə İstanbulda sufi ailəsinin qızı olaraq dünyaya gəlib. Gənclik illərində fəlsəfə ilə maraqlanıb, böyük filosofların həyatını tədqiq etmiş, bu elmin həyat tapa bilməyəcəyi fikrinə gələndə Mövlanaya üz tutub. Kimya mühəndisidir və iyirmi il kimya müəllimi işləyib. Cəmalnur Sarqut gənclik illərində müəllimi Sâmiha Ayverdinin təsiri ilə Quran və müqayisəli Məsnəvi dərslərinə başlayıb. Türk Qadınları Kültür Dərnəyinin İstanbul şöbəsinin rəhbəridir. Təsəvvüfün bəşəriyyətin ortaq dili ola biləcəyinə inanır və bu mövzuda beynəlxalq simpoziumlar təşkil edir. Cemalnur Sarqut 1966-cı ildə müəllimi Samiha Ayverdi tərəfindən qurulan Türk Qadınları Kültür Dərnəyinin (TÜRKKAD) İstanbul şöbəsinin rəhbəridir. Cəmalnur Sarqutun rəhbərliyi ilə TÜRKKAD təsəvvüfün fərdlərin və cəmiyyətlərin ortaq dili və ortaq nəfəsi ola biləcəyi inancı ilə elm, mədəniyyət və sənət adamlarını, mənəvi şəxsiyyətləri və hər səviyyədən dinləyiciləri bir araya gətirən beynəlxalq simpoziumlar təşkil edir.
Medianews.az