Avstraliyanın Sidney sahillərində görünən və ölü halda olan “mavi əjdaha” sosial mediada böyük səs-küy yaradıb.
Medianews.az xəbər verir ki, bu məxluqu ilk dəfə görənlər təəccübləniblər.
“Mavi əjdaha” Avstraliyanın Kvinslend ştatındakı Stradbrok adasındakı çimərlikdə aşkarlanıb. Sözügedən dəniz canlısı nadir növ sayılır. Mavi Əjdaha “Glaucus atlanticus” kimi də tanınır. Uzun müddət sonra görünən bu canlı çimərlikdə insanlar arasında narahatlıq yaradıb. Çimərlikdə olan insanlara zəhərlənmə ehtimalı ilə bağlı xəbərdarlıq edilib.
Mavi Əjdaha dənizlərin sahilə və okean dibinə yaxın olmayan ərazilərində sərbəst yaşayır.
Bu növ adətən 6 sm-ə qədər böyüyə bilər və tünd mavi rəngdədir. Dünyanın bütün okeanlarında və mülayim tropik sularında rast gəlinir. Suyun üst qatından dibinə kimi üzə bilir.
Medianews.az