İki uşaq anası olan 36 yaşlı Andreina De Sousa dörd kişi tərəfindən zorlandıqdan sonra həddindən artıq yemək yeyərək özünü öldürməyə çalışıb.
Medianews.az xəbər verir ki, hadisə Londonda baş verib.
36 yaşlı qadın olanları belə izah edib: ” Özümü motive etmək üçün davamlı şəkildə yeməyə üz tutdum, çünki bunun intiharın bir növü olduğunu düşündüm. Yedikcə, kökəldikcə özümü tanıya bilmirdim. Buna sevinirdim, çünki həmişə görünüşümə görə təcavüzə məruz qaldığımı düşünürdüm”.
Andreina həddindən artıq yemək yeməsinə görə aldığı travmalardan da danışıb : “Artıq travma və qorxularımın hər hərəkətimi idarə etməsinə icazə vermirəm, keçmişimlə mübarizə aparıram. Aldığım travmalar bir növ mənə təcrübə oldu. Bu gün özümü daha yaxşı hiss edirəm”.
O, son olaraq hücum edənlərin heç vaxt ədalətə təslim olmadıqlarını da bildirib.
Medianews.az