Rusiyanın “Lokomotiv” komandasının sabiq baş məşqçisi Yuri Syomin “Ferenstvaroş”la qarşılaşmadan sonra “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasının sürpriz olmadığını bildirib.
Bu barədə informasiyanı TASS agentliyi yayıb.
“Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, “Ferenstvaroş” yaxşı komandaya uduzdu”, – deyə o, qeyd edib.
Mütəxəssis “Qarabağ”ın daim çempion olan, avrokuboklarda iştirak edən ciddi klub olduğunu da vurğulayıb.
“Buna görə də burada gözlənilməz heç nə yoxdur” deyə Syomin yekunlaşdırıb.