Rusiya qoşunları Donetsk – Piski istiqamətində hücumu bərpa etməyə çalışır, döyüşlər davam edir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ruslar Baxmut istiqamətində Kostyantynivka, Baxmut, İvano-Daryivka, Pokrovske, Zaytseve, Kodema, Kurdyumivka, Baxmutske, Soledar, Yakovlivka və Verşina rayonlarını artilleriya və tanklardan atəşə tutublar. Aviasiya qüvvələri Spirni, Soledar, Baxmut, Zaytsevo və Verşinə hava zərbələri endirilib.
Rus ordusu Novoluqansk – Spirne, Vladimirivka – Yakovlivka, Streapivka – Soledar istiqamətlərində hücum əməliyyatları keçirməyə cəhd edib. Amma səylər uğursuz alınıb, itki verən ruslar geri çəkiliblər.
Məlumata görə, rus qüvvələri Donetsk – Piski istiqamətində hücumu bərpa etməyə çalışır, döyüşlər davam edir. Bundan başqa, Rusiya qoşunları Mineralne – Avdeyevka və Spartak – Avdeyevka istiqamətində hücuma keçib. Amma səylər uğursuz olub, itkilərlə geri çəkiliblər. (Teleqraf.com)