“Müəllimlik ixtisaslarında ciddi rəqabət gedəcək”.
Bu fikri Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, müəllimlik ixtisasına maraq hədsiz dərəcədə artıb:
“İxtisas seçimi avqustun 16-dan başlayacaq. Bu proses çox ciddi məsələdir. Abituriyentlər mütləq şəkildə əvvəlki illərin keçid balları, plan yerləri ilə müqayisə aparmalıdırlar. Bu il ən çox rəqabət müəllimlik ixtisasında olacaq”.
Ekspert qruplar üzrə daha çox hansı ixtisaslara marağın olduğunu da açıqlayıb:
“1-ci ixtisas qrupunda abituriyentlər daha çox informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, kompüter elmləri sahələrinə daha çox meyllənirlər. Əvvəllər isə neft-qaz ixtisaslarına daha çox maraq var idi.
2-ci ixtisas qrupunda abituriyentlər daha çox maliyyə ixtisasını seçirlər. Çünki bu ixtisaslar gələcək üçün perspektivli hesab olunur.
3-cü ixtisas qrupunda abituriyentlər ən çox hüquq ixtisasına yönəlirlər. Lakin beynəlxalq münasibətlər ixtisası da kifayət qədər seçilir.
4-cü ixtisas qrupunda isə tibb ixtisasına meyllənmələr həmişə olub. Bu, indi də belədir”.
Xanlar Əlibəy
Medianews.az