Çində daha bir təhlükəli virus yayılıb. “Lanye” adlanan yeni virusa Şandunq və Henan əyalətlərində 35 yoluxma qeydə alınıb.
Hər il müxtəlif adda, tərkibi eyni olan viruslar aşkarlanmaqda davam edir. Bəs görəsən bu viruslar hardan və necə əmələ gəlir?
Mövu ilə bağlı Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov Medianews.az-a danışdı. Bildirdi ki, bu viruslar öncədən labaratoriyalarda hazırlanır:
“Virus hansı ölkədə yayılıbsa, onların bakterioloji İnstitutu var. Hər bir dövlətin bakterioloji silahı var. Bu virusları istədikləri zaman o labaratoriyalarda yaradırlar.
Viruslar bir amin turşu qalığından ibarətdir. 20 növ amin turşu qalığı var, bunların hərəsindən müxtəlif viruslar hazırlamaq olar. Bu da o deməkdir ki, bu viruslar öncədən hazırlanır”.
Ayşən Azadova
Medianews.az